Advertisement

Türkiyədə ağır yol qəzası olub

Bakı. Trend:

Türkiyənin Samsun şəhərinin Havza rayonunda iki avtomobilin
iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza rayonun Vezirkörpü qovşağında qeydə
alınıb.

Bildirilib ki, avtomobil qəzasında ümumilikdə səkkiz nəfər
yaralanıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.