Advertisement

Bəzi bölgələrə yağış – FAKTİKİ HAVA

Bakı. Trend:

Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı
olub, bəzi yerlərdə şimşək çaxıb.

Trend xəbər verir ki, bu
barədə Milli Hidrometorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahdağa sulu qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm,
Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy,
Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac,
Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.

Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18
m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22
m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında
19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq
rayonlarda 20 dərəcəyədək isti olub.