Advertisement

Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib (FOTO)

Bakı. Trend:

Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan
növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə
mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən Trend-ə verilən
məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə
məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150
nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərin
daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti
köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər
köçürülüb.