Advertisement

Prezident İlham Əliyev: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Bakı. Trend:

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç
vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın
olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa
gələ bilmirdik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və
Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda
deyib.

Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa
gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman
sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur.
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız
var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər
iki tərəfə vaxt lazımdır”, – deyə dövlətimizin başçısı əlavə
edib.