Advertisement

Putinin andiçmə mərasiminin tarixi məlum oldu

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də
keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə senator Andrey Klişas məlumat yayıb.

Andiçmə mərasimindən əvvəl senatorlar PZR testindən keçəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il 15,16 və 17
mart tarixlərində keçirilib. Martın 21-də Rusiya Mərkəzi Seçki
Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb.

Vladimir Putin prezident seçkilərində 87,28 faiz səs çoxluğu ilə
növbəti dövr üzrə Rusiya Federasiyasının prezidenti seçilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun