Advertisement

Ölkədə təxribat və terror aktları riski artıb – Rusiya Baş Prokurorluğu

Bakı. Trend:

Bu il Rusiyada “Ölməz alayın” yürüşü təhlükəsizlik baxımından
əyani formatda keçirilməyəcək.

Trend xəbər verir ki, bu barədə “Rusiyanın ölməz alayı”
hərəkatının mərkəzi qərargahının həmsədri, Dövlət Dumasının
deputatı Yelena Sunayeva bildirib.

O qeyd edib ki, ictimai təhlükəsizliyə mövcud təhdidlərlə
əlaqədar mərkəzi qərargah yürüşü əyani formatda keçirməmək barədə
qərar qəbul edib.

Öz növbəsində, Rusiya Baş Prokurorluğunda təxribat və terror
aktları riskinin artmasından xəbər veriblər.

“Təxribat və terror aktları törədilməsi riski əhəmiyyətli
dərəcədə artıb. Ötən il biz insanların kütləvi şəkildə olduqları
məkanlarda, kritik mühüm obyektlərdə təhlükəsizliyi yoxladıq, bu
sahədə 200 mindən çox pozuntular aşkarladıq. Bu, ondan xəbər verir
ki, terror təhdidlərinə qarşı mübarizə üzrə gördüyümüz tədbirlər
hələ kifayət qədər deyil”, – deyə RF baş prokurorunun müavini
Anatoli Razinkin Federasiya Şurasında bildirib.