Advertisement

Bakıda mühafizəçi idman zalının kassasından 12 min manat oğurladı (VİDEO)

Bakı. Trend:

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən
mühafizəçi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Yasamal rayonunda yerləşən idman zallarından
birindən oğurluq edilib.

Obyektin sahibi Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə
müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata
yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il
təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub.
Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə
gətirilib.

Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa
göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa
polisə müraciət edə bilərlər.