
Bakı. Trend:
AVRO-2024-də iştirak edən komandaların sifariş vərəqinə daxil
edə biləcəyi futbolçuların sayı dəqiqləşib.
Trend-in İdman.biz-ə
istinadən xəbərinə görə, bu barədə qərarı UEFA verib.
Avropa çempionatının final mərhələsinin iştirakçıları yarış üçün
26 futbolçu sifariş edə biləcək. Öncədən bu rəqəmin 23-ə bərabər
olacağı gözlənilirdi.
UEFA ilk dəfə AVRO-2020-də yığmalara 26 futbolçu sifariş etmək
icazəsi verib. Həmin vaxt bu addım koronovirusun fəsadları və sıx
təqvim üzündən belə addım atıb. FİFA DÇ-2022-də də eyni sayda
oyunçu sifarişinə icazə versə də, “23-lük” qaydasının tətbiqinə
qayıdılacağı nəzərdə tutulmuşdu.
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada
keçiriləcək.





























