Advertisement

ABŞ İrandan 4 nəfər və iki şirkətə qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ İrandan dörd nəfər və iki şirkət əlavə edərək sanksiyalar
siyahısını genişləndirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Məlumata əsasən, sanksiyalar İslam İnqilabı Keşikçiləri
Korpusunun (SEPAH) Kiber Komandanlığının xeyrinə zərərli kiber
fəaliyyətlərə görə tətbiq edilib.

Qeyd olunub ki, bu subyektlər kiber əməliyyatlar, o cümlədən
fişinq və zərərli proqram hücumları vasitəsilə ondan çox ABŞ
şirkətinə və dövlət qurumlarına hücum ediblər.