Bakı. Trend:
Ukrayna MDB-yə üzv ölkələrin mülki aviasiyasının
modernləşdirilməsinə dair sazişdən çıxıb.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna Ali Radasındakı hökumət
nümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu qərar milli təhlükəsizlik və
respublikanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün
qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə qəbul
edilib.
Nəşr qeyd edir ki, ölkə bir sıra digər beynəlxalq müqavilələrdən
– “İnternaviqasiya” Dövlətlərarası Maliyyə-Sənaye Qrupunun
yaradılması haqqında, MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalq
nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında, o
cümlədən MDB ölkələrinin beynəlxalq avtomobil daşıyıcılarının əlavə
hazırlığı və peşə səriştəsinə dair tələblərin uyğunlaşdırılması
haqqında sazişdən də imtina edib.




























