Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken bu həftə sonu Səudiyyə
Ərəbistanına səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “Axios” informasiya portalı
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, səfər zamanı o, krallığın vəliəhdi Məhəmməd bin
Salman Əl Səud ilə görüş keçirməyi planlaşdırır.
Bildirilib ki, Amerika diplomatiyasının rəhbəri Çin səfərindən
sonra Səudiyyə Ərəbistanına səfər edəcək. A.Blinkenin aprelin
28-29-da Ər-Riyadda keçiriləcək Dünya İqtisadi Forumunun xüsusi
iclasında iştirak edəcəyi gözlənilir.




























