Advertisement

Macarıstan XİN rəhbəri Azərbaycana gəlir

Bakı. Trend:

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün
Azərbaycana gəlir.

Trend xəbər verir ki, nazir Bakıda Azərbaycan-Macarıstan
Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın
paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri
arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası
keçirilib.