
Bakı. Trend:
2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə
əsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində
ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi
davam edir.
Məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli
bildirib ki, iki ölkə arasında əldə edilən razılaşma tarixi
hadisədir.
Onun sözlərinə görə, bu, faktiki olaraq delimitasiya prosesinin
başlanması və ortaq rəyin formalaşmasıdır.
“Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlət
sərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıq
demarkasiya prosesi həyata keçirilib. Bu da zaman alan prosesdir.
Lakin biz indiki şəraitdə intensiv bir prosesin həyata
keçirildiyinin şahidi oluruq.
Ekspert qruplarının daimi təmasda olması və işçi qruplarının
fəaliyyəti də delimitasiya prosesinin sürətli şəkildə həyata
keçirilməsi üçün vacib faktorlardan biridir ki, hazırda bunu
müşahidə etmək mümkündür. Prosesin Tavuş-Qazax istiqamətindən
başlaması xüsusi önəm daşıyır”, – deyə o qeyd edib.
Geniş videomüsahibəni təqdim edirik:





























