Advertisement

Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamentində görüşlər keçirib

Bakı. Trend:

Azərbaycan bankçılıq missiyasının növbəti görüşləri ABŞ
Xəzinədarlıq Departamentində keçirilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov
“X” sosial şəbəkəsində paylaşım edib.

“Xəzinədarlıq katibinin qlobal məsələlər üzrə köməkçisi Anna
Moris və Xəzinədarlıq Departamentinin Avropa və Avrasiya üzrə katib
köməkçisinin müavini Brayan Makkauley ilə məhsuldar müzakirələrə
qatıldıq.

Görüşlər zamanı Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət
tədbirlərini nəzərdən keçirdik, makroiqtisadi məsələlər ətrafında
fikir mübadiləsi apardıq.

Həmçinin qurumlar arasında risklərin dəyərləndirilməsi və idarə
olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və
ümumilikdə maliyyə sabitliyinin təmin olunması istiqamətində
əməkdaşlıq imkanlarını müzakirə etdik”, – o qeyd edib.