Advertisement

Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti
Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib,
“Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini
seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat verilib.