Advertisement

ABADA BSEC-URTA Baş Assambleyasının iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Assosiasiyaları
Konfederasiyasının (BSEC-URTA) Baş Assambleyasının 43-cü iclası
keçirilib.

Trend xəbər verir ki, tədbirdə BSEC-URTA-nın nəqliyyat
sənədlərinin rəqəmsallaşdırılması üzrə İşçi Qrupunun fəaliyyəti,
sərhəd keçmə prosedurları haqqında, BMT-nin Avropa İqtisadi
Komisiyasının E-TİR və E-SMR-in tətbiqi ilə bağlı vəziyyət, Qara
dənizdə Ro-Ro daşımaları, nəqliyyat xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi və s. məsələlər müzakirə edilib, müvafiq qərarlar
qəbul olunub.

İclasda ölkəni Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov təmsil edib.

O, müzakirə olunan məsələlərlə bağlı Azərbaycan daşıyıcılarının
mövqeyini tədbir iştirakçılarına çatdırıb.