
Bakı. Trend:
“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin
nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs
yaradılıb.
Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli
Əsədov imzalayıb.
Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi Gəncə Dövlət Aqrar
Kollecinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, bu
qərardan irəli gələn digər məsələləri həll etməlidir.





























