
Bakı. Trend:
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi
Agentliyinin əməkdaşları Bakının Xətai rayonunda Yusif Səfərov
küçəsi, 23A ünvanında fəaliyyət göstərən “Kristal plaza Baku”
restoranında plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Trend-ə bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida
təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx
sahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun
monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik
işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması
ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən
olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi
inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti
məhdudlaşdırılıb.





























