Advertisement

Xətai rayonunda mənzil yanıb – Trend.Az

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının
10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3
ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd
plastikdən ibarət pəncərə qismən yanıb.

Trend xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.