Advertisement

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər saxlanıldı

Bakı. Trend:

Türkiyə xüsusi xidmət orqanları tərəfindən İŞİD terror
qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu
barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial
şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay
vilayətində saxlanılıb.

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD
terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”,
– nazir qeyd edib.