Advertisement

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir – ABŞ İnstitutunun hesabatı

Bakı. Trend:

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları
İnstitutunun son hesabatında yazılıb.

Bildirilir ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı (KTMT) daxilində fəaliyyətini dondurması buna ən bariz
nümunədir: “Görünür, İrəvan siyasi və təhlükəsizlik baxımından
Moskvadan uzaqlaşmaq istəyir”.

Bundan başqa, rəsmi Moskva bu ritorikasına görə Ermənistanı açıq
şəkildə hədələməyə başlayıb: “Rusiya xarici işlər naziri Sergey
Lavrov bu günlərdə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan
Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə çalışır. S.Lavrov
N.Paşinyanın səhv yolda olduğunu diqqətə çatdırıb”.

Xatırladaq ki, təşkilatın baş katibi İmanqali Tasmaqambetov
aprelin 24-də “İzvestiya”ya müsahibəsində Ermənistanın üzləşdiyi
təhlükəsizlik təhdidlərinin qiymətləndirilməli olduğunu deyib.