
Bakı. Trend:
Bakıda 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları
barəsində intizam tənbeh tədbiri görülüb.
Trend xəbər verir ki,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil
müəssisələrində apardığı monitorinqlər nəticəsində qərar
verilib.
Qeyd edilib ki, məktəb direktorlarına sənədləşmə, pedaqoji və
inzibati heyətin məsuliyyətinin artırılması, metodiki işin təşkili
və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə
aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, səmərəli tədris mühitinin formalaşdırılmasına nail
olmaq məqsədilə keçirilən monitorinqlər davamlı xarakter
daşıyır.





























