Advertisement

“Qəbələ”nin futbolçusu əməliyyat olunub – Trend.Az

Bakı. Trend:

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat
olunub.

Trend İdman.biz
istinadən xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə
bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə
məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı
keçirib.