
Bakı. Trend:
Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin
“Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı
ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun
axtarışları davam etdirilir.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o
cümlədən, kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində
axtarışlar intensiv şəkildə həyata keçirilir.
Əlavə məlumat veriləcək.





























