Advertisement

Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da

Bakı. Trend:

Aprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika
üzrə “Prize of Julieta Shishmanova” adlı beynəlxalq yarış
keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil
olunacaq.

Ölkəmizin idman şərəfini məşqçilər Aliyə Paşayeva ilə Nigar
Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə
və Dəniz Əsgərova qoruyacaqlar.

Dilbər İbrahimova və Səbinə Hacıyeva isə turnirdə hakimlər
sırasında yer alacaq.