Advertisement

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? – QİYMƏTLƏR

Bakı. Trend:

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.

Bu barədə Trend
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı
73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə
bağlıdır.

Bununla yanaşı, şadlıq saraylarında mart ayında qiymətlər 4.2
faiz artıb. Xüsusən 40 manatadək olan menyuların qiyməti daha çox
artıb: 6.1 faiz. Qiyməti 40-80 manat olan menyuların dəyəri 4.1
faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində
də 2.3 faiz artım qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında
istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4
faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə
əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib. Eyni
zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının
istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.