Advertisement

İnternat məktəbinin direktoru işdən çıxarıldı

Bakı. Trend:

1 nömrəli ümumi təyinatlı internat məktəbinin direktoru işdən
çıxarılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 1 nömrəli ümumi təyinatlı internat məktəbinin
direktoru İsmayıl Əliyev 17 aprel 2024-cü il tarixindən Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin
“a” bəndinə uyğun olaraq ərizəsi əsasında tutduğu vəzifədən azad
edilib.

Qeyd edilib ki, onunla bağlanmış əmək müqaviləsinə xitam
verilib.