
Bakı. Trend:
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş
vilayətində minaya düşüb.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə
Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat
yayıb.
Ermənistan Müdafiə Nazirliyindən isə bildirilib ki, hərbçi mina
partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir
təhlükə yoxdur.
Hərbçinin adı açıqlanmayıb.





























