
Bakı. Trend:
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda
keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı
Alexandru Parasçivlə qüvvəsini sınayıb.
Görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını
bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda
mübarizə aparacaq.





























