
Bakı. Trend:
Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini
sanksiyalar siyahısına əlavə edib.
Trend-in
məlumatına görə, bu barədə Kanada hökumətinin saytında
bildirilib.
Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya”
mərkəzi qərargahının komandiri Qulam Əli Rəşidə qarşı da
sanksiyalar tətbiq edilib.
Sənəddə bildirilib ki. yeni məhdudlaşdırıcı tədbirlər “İran
İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin
pozulmasına” yönəldiyinə görə tətbiq edilib.





























