Advertisement

Ekoloji fəallar Luvrdakı “Mona Liza” tablosunun üzərinə şorba töküblər

Bakı. Trend:

Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin
məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər.

Trend xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat
yayıb.

“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona
Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz
hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək
istəyi ilə əsaslandırıblar”, – agentliyin məlumatında deyilir.

Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etməyə
cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil
arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş,
daha sonra isə tablonu tortla bulamışdı.