Advertisement

Avtoxuliqanlıq edən sürücülər həbs olundu

Bakı. Trend:

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər
həbs olunublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət
iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota”
markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti
qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov
saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində
toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon
Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs
sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 sutka
inzibati qaydada həbs ediliblər.