Advertisement

AFFA “Neftçi”nin şikayətini təmin etməyib

Bakı. Trend:

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti
açılqlayıb.

Yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb. Tribunal
paytaxt təmsilçisinin müraciətini təmin etməyib.

Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə oyununun
90+5-ci dəqiqəsində rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə
birbaşa qırmızı vərəqə alan Ağadadaş Salyanskinin cəzası dəyişməz
qalıb. Onun 4 oyun cəzalanması, komandanın 300 manat cərimə
edilməsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Neftçi” Apelyasiya Arbitraj Tribunalının
qərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS)
şikayət verilmək hüququna malikdir.