
Bakı. Trend:
bp şirkəti “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının
işlənməsi layihəsinin operatoru olaraq “Dərinsulu Günəşli”
platformasında planlı profilaktik işlər barədə məlumat verib.
Trend bu
barədə bp şirkətinə istinadən xəbər verir.
“Aprelin 25-dən başlayaraq planlı profilaktik işləri səmərəli
şəkildə aparmaq üçün “Dərinsulu Günəşli” yatağından hasilat 15
günlüyə dayandırılıb”, – deyə bp şirkətindən bildiriblər.
Klapanların, radioizotop mənbələrin dəyişməsi və digər təmir
işləri nəzərdə tutulur.
“Platformanın müvəqqəti dayandırılması bp-nin 2024-cü il üzrə
istehsalat planına daxildir”, – deyə press-relizdə qeyd olunub.
AÇG-nin digər platformalarından, eləcə də Səngəçal terminalında
“Şahdəniz” yatağındakı platformalardan hasilat, Bakı-Tbilisi-Ceyhan
və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları ştat
rejimində davam edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























