
Bakı. Trend:
Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət peşə
məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında”
qərarında dəyişiklik edib.
Trend xəbər verir ki, qərara əsasən, işçilərinin sayı 50
nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi
əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir.
Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı
250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri
üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir.
İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna
görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı
peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində
qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası
vəzifəsi müəyyən edilir.
Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil
alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi
müəyyən edilir.
Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim
köməkçisi vəzifəsi müəyyən ediləcək.
Tam orta təhsilin təşkil olunduğu peşə liseyləri və peşə təhsil
mərkəzlərində müvafiq avadanlıqla təchiz edilmiş fizika, yaxud
kimya kabineti olduqda laborant ştatı aşağıdakı qaydada müəyyən
edilir:
a) tam orta təhsilverən qrupların sayı 10-19 olduqda – cəmi 1
(bir) ştat vahidi;
b) tam orta təhsilverən qrupların sayı 20-25 olduqda – cəmi 1,5
ştat vahidi;
c) tam orta təhsilverən qrupların sayı 26 və daha çox olduqda –
cəmi 2 (iki) ştat vahidi.
Yataqxana fəaliyyət göstərdiyi halda peşə təhsili
müəssisələrində 1 (bir) ştat vahidi komendant vəzifəsi müəyyən
edilir.
Giriş və çıxış yolları qadın və kişi tələbələr üçün
ayrı-ayrılıqda nəzərdə tutulan yataqxanada və ya qadın və kişi
tələbələr üçün ayrıayrılıqda nəzərdə tutulan yataqxana
korpuslarında həmin yataqxana sahələrinin və ya korpuslarının hər
biri üçün 2 (iki) ştat vahidi yataqxana növbətçisi vəzifəsi müəyyən
edilir.
İşlək maşın və avadanlıqlar olduqda 1 (bir) ştat vahidi mexanik
vəzifəsi müəyyən edilir.
İşlək vəziyyətdə olan 1 (bir) nəqliyyat vasitəsi olduqda (təlim
nəqliyyat vasitələri istisna olmaqla) 1 (bir) ştat vahidi, birdən
çox nəqliyyat vasitəsi olduqda isə 2 (iki) ştat vahidi sürücü
vəzifəsi müəyyən edilir.
Tələbələrin daşınması üçün avtobus olduqda 1 (bir) ştat vahidi
avtobus sürücüsü vəzifəsi müəyyən edilir.
Süpürülən hər 400 m2 sahəyə görə 1 (bir) ştat vahidi xadimə
vəzifəsi müəyyən edilir.
Süpürülən hər 1,5 hektar həyətyanı sahəyə görə 1 (bir) ştat
vahidi dalandar vəzifəsi müəyyən edilir.
Bağ və bostan da daxil olmaqla, 1,5 hektardan çox tədristəcrübə
və yardımçı təsərrüfat sahəsi, meyvə və bəzək ağacı əkilmiş yaşıl
meydança olduqda 1 (bir) ştat vahidi bağban vəzifəsi müəyyən
edilir.
Ocaqçı və binalara, avadanlıq və qurğulara xidmət, onların cari
təmiri üzrə fəhlə və sobayandıran vəzifələri istilik mövsümündə
aşağıdakı kimi müəyyən edilir:
mərkəzi istilik sistemi olduqda hər bir qazanxanada növbədə 1
(bir) ocaqçı vəzifəsi;
bərk və maye yanacaqla qızdırılan qazanxananın sahəsi 75 m2 -dən
çox olduqda növbədə 2 (iki) ocaqçı vəzifəsi;
qazla qızdırıldıqda növbədə 1 (bir), təhlükəsizliyin avtomat
tənzimləyicisi olmayan qazanxanalarda növbədə 2 (iki) ştat vahidi
ocaqçı vəzifəsi;
mərkəzləşmiş istilik sistemindən qızdırılan peşə təhsili
müəssisələrində istilik məntəqəsi və ya elevator olduqda binalara,
avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə 1 (bir)
ştat vahidi fəhlə vəzifəsi, boyler və nasos olduqda isə növbədə 1
(bir) ştat vahidi fəhlə vəzifəsi;
soba ilə qızdırılan peşə təhsili müəssisələrində hər beş sobaya
0,5 ştat vahidi ocaqçı vəzifəsi.
Peşə təhsili müəssisələrində binaların qorunması mühafizə
xidməti tərəfindən həyata keçirilmədiyi halda, ştat cədvəlinə 3
(üç) ştat vahidi gözətçi vəzifəsi daxil edilir.
Peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1
(bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1
(bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat
vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi
(peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti
tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın
istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən
edilir. 18. Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan
fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi
korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi
tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati
işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili
müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən
həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların
istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən
edilir.
Peşə təhsili müəssisələrində məhsul istehsalı və ya satışı
(xidmət göstərilməsi), qısamüddətli kursların təşkili ilə əlaqədar
büdcədənkənar vəsait hesabına əlavə ştatlar müəyyən edilə
bilər.
Axşam qrupları üzrə tədrisin təşkili məqsədilə büdcədənkənar
vəsait hesabına əlavə ştatlar müəyyən edilə bilər.
Peşə təhsili müəssisələrində ştat cədvəli hər tədris ilinin
əvvəlində qrup sayına uyğun olaraq təsdiq edilir.
Bu nümunəvi ştatlar adambaşına maliyyələşmə mexanizminin tətbiq
edildiyi peşə təhsili müəssisələrinə şamil edilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu
kitabçalarının altı ay müddətində bu qərara uyğunlaşdırılmasını
təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.





























