Advertisement

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edəcək

Bakı. Trend:

Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcı
təyyarələri, hava hücumundan müdafiə sistemləri və raketləri
tədarük edəcək.

Trend xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr
De Kro Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O tədarük edilən təyyarələrin və hava hücumundan müdafiə
sistemlərinin dəqiq sayını açıqlamayıb.

Belçikanın müdafiə naziri Ludivin Dedonder tədarüklərin
ölkəsinin öz müdafiəsinə zərbə vurmamaq üçün ABŞ-dan yeni F-35
təyyarələrinin alınması imkanları nəzərə alınmaqla həyata
keçiriləcəyini açıqladı.