
Bakı. Trend:
İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin
Mahirud sərhəd gömrüyü bağlanıb.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın Gömrük
Administrasiyası məlumat yayıb.
Məlumata görə, Mahirud sərhəd xidmətinin elan etməsi ilə Mahirud
sərhəd gömrüyündən yük maşınların keçidi dayandırılıb.
İran Gömrüyündən qeyd edilib ki, Mahirud sərhəd-gömrüyünün
tranzit yük maşınlarının keçidində böyük əhəmiyyət kəsb etdiyinə
görə, İran Xarici İşlər Nazirliyi və Cənubi Xorasan valiliyi
sərhədin yenidən fəaliyyətə başlamasına çalışırlar.
Qeyd edək ki, Əfqanıstan 25 apreldə 6 iranlı sərhədçinin
qanunsuz olaraq ölkəsinin ərazisinə keçməsini əsas gətirərək,
sərhədçiləri həbs edib. Həmin gün bir neçə saatdan sonra iki tərəf
arasında razılaşma əsasında iranlı sərhədçilər azad edilib.





























