Advertisement

Yasamalda avtomobildən telefon oğurlayan keçmiş məhkum saxlanıldı

Bakı. Trend:

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus
avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı
barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis
Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum
olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb.

Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə
qeydə alınıb:

“O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını
bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir
zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən
velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev
saxlanılıb. V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının
olub-olmaması araşdırılır”.

“Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu
barədə polisə müraciət edə bilərlər”, – deyə məlumatda qeyd
edilib.