
Bakı. Trend:
Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən
oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, zərərçəkən
işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat
dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin
Quliyev saxlanılıb.
Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının
olub-olmaması araşdırılır.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu
barədə polisə müraciət edə bilərlər.





























