
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel
tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər
edəcək.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Məlumata görə, Fidan Ər-Riyadda Qəzza üzrə Təmas Qrupunun
toplantısında iştirak edəcək.
Toplantıda həmçinin, Fələstin dövlətinin tanınması məsələsi də
müzakirə olunacaq.
Hakan Fidanın səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər
keçirəcəyini bildirilib.





























