
Bakı. Trend:
Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava
Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup
dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini
ziyarət ediblər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara 44 günlük
Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi
təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji
yeniliklərdən danışılıb.
Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin
yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi
fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları
maraqlandıran suallar cavablandırılıb.
Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.





























