Bakı. Trend:
Bakıda metroda 65 yaşlı qadın ölüb.
“Bakı Metropoliteni” QSC-dən Trend-ə verilən məlumata görə,
“Memar Əcəmi” stansiyasının keçidində 65 yaş civarında bir xanım
epilepsiya tutmasından dünyasını dəyişib.
Bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm
faktını təsdiq edib.
























