Advertisement

Biləsuvarda mağazaya bitişik sahədə yanğın olub

Bakı. Trend:

Biləsuvar rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 63
m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam
örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.