Advertisement

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Bakı. Trend:

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ
baş verib.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti
məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr
cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan
edilməyib.