Advertisement

Türkiyə Super Liqası: “Fənərbağça” “Beşiktaş”a qalib gəlib

Bakı. Trend:

Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları
keçirilib.

Trend-in
məlumatına görə, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma
meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi “sarı
lacivərdlər”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi,
69-cu dəqiqədə Can İrfan fərqləniblər.

Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza
atıb.

Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0,
“Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər” “Hatayspor”u 2:1 hesabı
ilə üstələyib.