Advertisement

Müntəzəm çempionata Xaçmazda yekun vurulacaq

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm çempionata yekun
vurulacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, son oyun Xaçmazda baş tutacaq.

NTD-İNDİQO öz meydanında autsayder Şəkini qəbul edəcək. Xaçmaz
basketbolçuları görüşün favoriti hesab olunurlar. Görüş pley-offa
2-ci pillədən yollanacaq Tahir Baxşıyevin komandası üçün formal
xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk 3 görüşündə “Sabah” “Xəzri”yə 77:65,
“Xırdalan” “Cəlilabad”a 90:84, “Neftçi” “Sərhədçi”yə 73:69, “Gəncə”
“Sumqayıt”a 86:82 hesabı ilə qalib gəlib.

27 aprel
XVIII tur
14:00. NTD-İNDİQO – “Şəki”