
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni
Blinkenlə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Ermənistan hökumətinin
mətbuat xidməti bildirib.
Məlumata əsasən, danışıq zamanı tərəflər ikitərəfli gündəliyi və
Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər:
“Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin
gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, o cümlədən
Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə
ediblər. Nikol Paşinyan ikitərəfli münasibətlərin
intensivləşməsindən məmnunluğunu ifadə edib. Baş nazir, həmçinin
aprelin 5-də Brüsseldə əldə olunmuş razılaşmaların həyata
keçirilməsinin vacibliyini vurğulayaraq, bu razılaşmaların görüşün
yekunlarına dair mətbuata açıqlamada ifadə edildiyini və görüşün
heç bir gizli gündəminin olmadığını qeyd edib”, – deyə
bildirilib.
Bildirilib ki, Paşinyan danışıq zamanı “Ermənistan-Azərbaycan
dövlət sərhədinin demarkasiyası prosesini müsbət
dəyərləndirib”.





























