
Bakı. Trend:
Nəhayət uzun illər həsrətlə gözlədiyimiz doğma yurda qayıdış
günə qovuşduq.
Bunu Trend-ə
açıqlamasında Füzuli sakini Rəna Nəsirova deyib.
Onun sözlərinə görə, 30 illik torpaq həsrətinə artıq son
qoyulub. İndi doğma yurda qayıdış zamanıdır.
“Prezidentimizə təşəkkür edirik, qazilərimizə cansağlığı
diləyirik, şəhidlərimizin ruhu və onların valideynləri qarşısında
baş əyirik ki, bizə bu günləri onlar yaşadıblar”, – deyə o qeyd
edib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 153 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi
məskunlaşması təmin edilib.





























