Advertisement

Blinken Səudiyyə Ərəbistanına səfərə gəlib

Bakı. Trend:

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq böhranını müzakirə
etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Trend xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında
atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq
və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə
Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

Dövlət katibinin Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail
və İordaniyaya səfər edəcəyi gözlənilir.