
Bakı. Trend:
Qərb bankları 2023-cü ildə Rusiyaya 800 milyon avro vergi
ödəyib, bu, Ukraynada münaqişə başlayandan əvvəlki göstərici ilə
müqayisədə 4 dəfə çoxdur.
Trend xəbər
verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, Rusiyada fəaliyyət göstərməyə davam edən Qərb
bankları ölkədəki fəaliyyətlərini minimallaşdıracaqlarını vəd
etsələr də, ötən il Kremlə 800 milyon avrodan çox vergi ödəyib.
“Rusiyadakı yeddi ən böyük Avropa bankları olan “Raiffeisen Bank
International”, “UniCredit”, “ING”, “Commerzbank”, “Deutsche Bank”,
“Intesa Sanpaolo” və “OTP” 2023-cü ildə toplam gəlirin 3 milyard
avro dəyərində olduğunu bildiriblər. Bu, 2021-ci illə müqayisədə 3
dəfə çoxdur və qismən bankların ölkədən çıxara bilmədikləri
vəsaitlərin hesabına əldə edilib”, – deyə nəşr yazıb.





























